Süd Vəzi Xərçənginin Müalicəsi
Süd vəzi xərçəngi dünyada olduğu kimi, ölkəmizdə də geniş yayılmışdır. Xərçəng statistikasına görə, bütün yaş qrupları nəzərə alınaraq, ölkəmizdə qadınlarda ən çox rast gəlinən xərçəng növü süd vəzi xərçəngidir. Hər 100,000 qadından 43-də süd vəzi xərçəngi rast gəlinir və qadınlarda diaqnoz qoyulan bütün xərçənglərin 24.9%-ni təşkil edir. Kişilərdə isə süd vəzi xərçəngi çox nadir hallarda rast gəlinir.
Son illərdə süd vəzi xərçənginin diaqnozu və müalicəsində əldə edilən nailiyyətlər xəstələr üçün ümidverici nəticələrə gətirib çıxarmışdır. Müalicədəki uğurun artmasının əsas səbəbi cəmiyyətin maariflənməsi və erkən diaqnozun qoyulmasıdır. KİV-lərin, internet vasitəsilə məlumatın asan əldə edilməsinin və xüsusilə süd vəzi xərçəngi üçün həyata keçirilən skrininq proqramlarının cəmiyyətdə maarifləndirmə yaradılmasında böyük rolu var. Bu xərçəng növü barədə cəmiyyətin doğru məlumatlandırılması erkən diaqnoz və müalicə uğurunun artırılması üçün çox önəmlidir.
Gənc Qadınlarda Süd Vəzi Xərçəngi Diaqnozlarının Artması
Süd vəzi xərçəngi yaş artdıqca daha çox rast gəlinən bir xərçəng növü olmasına baxmayaraq, ölkəmizdə 35-40 yaş arasında diaqnoz qoyulan süd vəzi xərçəngi xəstələrinin sayı artır. Rəsmi süd vəzi xərçəngi skrininq proqramında mamografi çəkdirmə yaşının 49-dan 40-a endirilməsi bu tapıntının doğruluğunu göstərir. Süd vəzi xərçənginin gənc yaşlarda görülməyə başlamasının səbəblərini müəyyən etmək çətin olsa da, cəmiyyətin qidalanma vərdişlərinin dəyişməsi və kilolu insanların sayının artması diqqət çəkir. Süd vəzi xərçəngində erkən diaqnoz üçün şəxslərin 30 yaşdan etibarən hər il süd vəzi cərrahı tərəfindən müayinə olunmaları və yaşlarına uyğun görüntüləmə müayinələrini etdirmələri vacibdir.
Süd Vəzi Xərçəngi Necə Diaqnoz Edilir?
Süd vəzi xərçəngini erkən aşkar etmək üçün istifadə edilən klassik skrininq üsulu mamografiyadır. Lazım gəldikdə mamografiyaya ultrasonoqrafiya müayinəsi əlavə edilə bilər. Rəqəmsal mamografiya və ultrasonoqrafiya cihazlarının həllolma qabiliyyətinin artırılması erkən diaqnozda faydalıdır. Bundan əlavə, mamografiya ilə birlikdə tomosintez metodunun tətbiqi və üçölçülü görüntülər əldə edilə bilən avtomatik ultrasəs cihazları da diaqnoz qoyulmasında köməkçi olur. Mamografiya və ultrasonoqrafiya ilə qərar verilməyən hallarda, süd vəzi toxuması sıx olan gənc xəstələrdə və güclü ailə anamnezi olan şəxslərdə süd vəzi maqnit rezonans görüntüləmə (MR) geniş şəkildə istifadə olunur.
Süd vəzi xərçəngi skrininq məqsədli aparılan mamografi və ultrasonoqrafiya ilə əlamət vermədən aşkar edilə biləcəyi kimi, şəxsin öz-özünə müayinəsi və ya süd vəzi cərrahının müayinəsi zamanı da aşkar edilə bilər. Süd vəzidə hiss olunan şişliklər süd vəzi xərçənginin əlaməti ola bilər. Bundan əlavə, süd vəzi dərisində rəng və forma dəyişiklikləri, süd vəzi başının içəri dönməsi, süd vəzi başından xüsusilə qanlı axıntı olması süd vəzi xərçəngi baxımından şübhəli əlamətlərdir. Qoltuq altında meydana çıxan şişliklər də süd vəzi xərçənginin əlaməti ola bilər. Öz-özünə süd vəzi müayinəsi zamanı qoltuq altlarının müayinəsi diqqətdən kənarda qalmamalıdır.
Süd Vəzi Cərrahiyəsində Cari Tətbiqlər
Xərçəng cərrahiyyəsi (cərrahi onkologiya) əsasən süd vəzi xərçəngi kimi orqan şişlərinin müalicəsində istifadə edilən cərrahi üsulları əhatə edən ixtisas sahəsidir. Süd vəzi cərrahı, süd vəzi xərçənginin diaqnozu və müalicəsi ilə məşğul olan radioloq, nüvə tibb mütəxəssisi, patolog, tibbi onkoloq və radiasiya onkoloqundan ibarət qrupun vacib üzvüdür.
Süd vəzi xərçənginin müalicəsində istifadə edilən cərrahi üsullar illər ərzində hamı üçün eyni olan radikal üsullardan xəstə və şişə xüsusi üsullara doğru dəyişmişdir. Bu şişlərdə süd vəzidə xərçəngli bölgəni və limfa düyünlərini əməliyyatla çıxarmaq ilk müalicə yanaşmasıdır. Cərrahi müalicə tətbiq edilə bilən erkən mərhələ şişlərdə yaşam müddəti daha uzun olur. Son 30-35 ildə əldə edilən nəticələr xəstələrin 70-80%-ində süd vəzini qoruyaraq şişin təhlükəsiz şəkildə tamamilə çıxarıla biləcəyini göstərmişdir. Süd vəzi qoruyucu cərrahiyyə əməliyyatı edilən qadınların qalan süd vəzi toxumasında şişin təkrarlanmaması üçün şüa müalicəsi (radioterapiya) alması lazımdır.
Süd Vəzi Xərçəngi Müalicəsində Estetik məsələ
Süd vəzi xərçənginin müalicəsində süd vəzi qoruyucu cərrahiyyənin artan nisbətlərdə tətbiqi xəstələr arasında estetik qayğıları da ön plana çıxarmışdır. Bunun nəticəsində əməliyyat zamanı əməliyyat edilən süd vəzisindəki toxumaların yer dəyişdirilməsinə əsaslanan onkoplastik cərrahiyyə texnikaları inkişaf etdirilmişdir. Bu texnikalardan istifadə edərək süd vəzisində mövcud olan daha böyük şişlər təhlükəsiz sərhədlər təmin edilərək və daha yaxşı estetik nəticələr əldə edilərək çıxarıla bilər.
Süd vəzi qoruyucu cərrahiyyə kimi qoltuqaltı limfa düyünlərinə yönəldilmiş əməliyyatlar da artıq daha məhdud şəkildə həyata keçirilir. Qoltuqaltı əməliyyatda əməliyyat öncəsi işarələnmiş limfa düyünləri tapılıb çıxarılır və əməliyyat zamanı patolog tərəfindən incələnir. Əgər limfa düyünlərində süd vəzi xərçəngi metastazı aşkar edilməzsə, əməliyyat sona çatdırılır. Qoltuqaltı limfa düyünlərinin hamısı yalnız xəstəliyin o bölgəyə yayıldığının sübut edilməsi nəticəsində çıxarılır. Bu şəkildə, gərəksiz qoltuqaltı əməliyyatları və qolda yaranacaq şişkinlik (limfödema) və hiss itkisi ilə çiyin hərəkətlərindəki məhdudiyyətlər azalır.
Süd vəzi xərçəngi barədə maariflənmənin artırılması və cəmiyyətə doğru məlumatların verilməsi erkən diaqnoz və uğurlu