Uşaq sağlamlığı

Körpənizlə Səyahətə Gedərkən Götürməli Olduğunuz Əsas Əşyalar

Analıq yeni təcrübələrlə dolu maraqlı bir səyahətdir. Hər yeni təcrübə həyəcan verici, kəşf olunmamış bir macəradır. Bəs körpənizlə ilk tətildə nələrə ehtiyacınız var? Qələm və kağız götürün, siyahınızı hazırlayın və ən əsası günəş, qum və dəniz üçlüyündən körpənizlə birlikdə zövq alın.

Daha çox məlumat üçün Instagram səhifəmizi və YouTube kanalımızı izləyə bilərsiniz.

Körpə Səyahət Dəsti

Körpənizlə xoş bir tətilin açarı bütün ehtiyacları götürməkdir. Hər körpə unikal olduğu kimi, sizin körpənizi də ən yaxşı siz tanıyırsınız. Səyahətə çıxmadan əvvəl ən vacib suallar: körpənizin nəyə ehtiyacı var və nə onu rahat edəcək? Bu sualları diqqətlə düşünərək körpənizin əşyalarını hazırlayın.

Avtomobil oturacağı

Avtomobil oturacağı təhlükəsiz səyahət üçün vacib bir əşyadır. Bu, körpənizin səyahət zamanı təhlükəsiz və rahat olmasını təmin edir.

Uşaq arabası

Gündəlik istifadə üçün yüngül, portativ və ya qatlanan uşaq arabasını seçə bilərsiniz, lakin istirahət yerində keçirəcəyiniz zamanı nəzərə alaraq uyğun arabası seçin. Təbiət gəzintiləri üçün hər yerə uyğun olan araba, şəhər tətilləri üçün isə yüngül və qatlanan modellər daha praktik ola bilər.

Səyahət beşiyi/portativ yataq

Körpələr tanış mühitlərə ehtiyac duyurlar ki, özlərini təhlükəsiz hiss etsinlər. Portativ səyahət beşikləri hər yerdə, otellərdə və ya evdə istifadə edilə bilər. Tanış bir səyahət beşiyi körpənizin yadlıq çəkməməsinə və özünü təhlükəsiz hiss etməsinə kömək edəcək.

Ədyal

Pambıq ədyal gündəlik qısa gəzintilərinizdə olduğu kimi, tez-tez istifadə edilən əşyalardan biri ola bilər. Tanış toxumalı bir ədyalla körpənizi rahat edə, isti tuta və təhlükəsiz hiss etdirə bilərsiniz.

Daşıma kəməri

Körpənizin özünü təhlükəsiz və rahat hiss etməsi üçün vacibdir. Daşıma kəməri körpənizlə yaxın məsafədə və komfortlu vaxt keçirə bilmənizin ən funksional yoludur. Xüsusilə dəmir yolu stansiyalarında, hava limanlarında, izdihamlı küçələrdə, meydanlarda, körpənizi rahat daşımaq və yaxın əlaqəni qorumaq üçün əhəmiyyətlidir.

Süd pompası

Ana südü körpənizin ən əsas ehtiyacıdır. Tətil zamanı izdihamlı yerlərdə əmizdirərkən rahat hiss etmək üçün örtü və ya səyahətdən əvvəl südünüzü sağmaq və şüşə vasitəsilə körpənizi qidalandırmaq üçün süd pompası istifadə edə bilərsiniz.

Hazır qida/paketlənmiş süd

Körpənizin qidalanmasında hazır qida və ya paketlənmiş süd istifadə edirsinizsə, tətil boyunca yetəcək qədər ehtiyat toplamalısınız. Yetərli miqdarda şüşə, emzik və sterilizasiya avadanlığı götürməyi unutmayın.

Gigiyena məhsulları və əlavə geyimlər

Körpələrin hərəkətlərini təxmin etmək çətin ola bilər. Gigiyena məhsulları istifadə etməyi tələb edən hallar üçün çantanızda; əlavə geyim, yaş salfet, körpə bezi, önlük, çirkli əşyalar üçün əlavə torba saxlamaq xilas ola bilər.

Oyuncaqlar

Körpənizi səyahət zamanı və gün ərzində yatırtmağı planlaşdıra bilərsiniz, amma evinizdə olduğu kimi, körpəniz başqa bir ruh halında ola bilər və planlarınıza uymayan davranışlar göstərə bilər. Belə gözlənilməz hallarda körpənizi məşğul etmək üçün oyuncaqlara ehtiyacınız olacaq. Yola çıxarkən körpənizin çantasına sevimli oyuncaqlarını qoymağı unutmayın.

Bezi dəyişdirmə döşəyi

Körpənizlə səyahət edərkən siyahının ən başında mütləq bezi dəyişdirmə döşəyi olmalıdır. Körpənizin altını dəyişdirmək üçün uyğun bir yer tapmaq bəzən gözlədiyiniz qədər asan olmaya bilər. Yanınıza alacağınız steril bir portativ döşəklə özünüzə gigiyenik bir mühit təmin edə bilərsiniz.

Portativ körpə vannası

Körpələr rutinlərinin dəyişməsini sevmirlər. Yuxudan əvvəl çimmək bəzi körpələrin rutinlərinin bir hissəsidir. Sizin körpəniz də çimdikdən sonra yata bilmirsə, şişmə plastik körpə vannalarını seçə bilərsiniz.

Sağlamlıq çantası

Körpənizlə səyahətə çıxarkən həkiminizə yanınıza almanız lazım olan dərmanları soruşun. Kiçik bir sağlamlıq çantası hazırlayıb içinə termometr, müntəzəm istifadə etdiyiniz dərman və vitaminlər, qızdırma salıcı şərbət, pişik kremi, baxım kremləri və həkiminizin təklif etdiyi körpəyə uyğun günəş kremini qoya bilərsiniz.

Körpənizlə səyahət etmək qorxuducu görünə bilər, amma yaxşı bir planlama aparar və körpənizin çantasını düzgün hazırlasanız, tətilin dadını doyunca çıxara bilərsiniz. Çantanıza körpənizin ən şirin hallarını ölümsüzləşdirmək üçün fotoaparat və ya kamera qoymağı unutmayın.

Yaxşı istirahətlər arzulayırıq!

Əlaqəli məqalələr

Bunu da oxuyun
Close
Back to top button