Sağlamlıq

İmtahan Stressi

Bir çox insan imtahandan əvvəl stress və narahatlıq hiss edir. Bu hisslərin müəyyən bir səviyyəsi insanı ən yaxşı nəticələr göstərməyə motivasiya edə bilər, lakin həddindən artıq narahatlıq performansa mane ola bilər və əldə edilən biliklərin səmərəli istifadəsini çətinləşdirir. Bu vəziyyət imtahan narahatlığı adlanır

  • İmtahan stressinin mümkün səbəbləri
  • İmtahan narahatlığının simptomları
  • Emosional simptomlar
  • Fiziki simptomlar
  • Zehni simptomlar
  • Davranış simptomları
  • İmtahandan əvvəl stressi azaltma yolları
  • İmtahandan sonra ailələrin uşaqlarına necə dəstək olmalıdır

İmtahan Stressinin Mümkün Səbəbləri

Bir neçə faktor imtahan stressinə səbəb ola bilər, bunlara daxildir:

  • Mükəmməlliyə dair qeyri-real gözləntilər
  • İmtahana həddindən artıq əhəmiyyət vermək
  • Ailənin, dostların və müəllimlərin təzyiqi
  • Əvvəlki mənfi imtahan təcrübələri
  • İmtahan performansı haqqında təkrar-təkrar mənfi düşüncələr
  • Uğursuzluq qorxusu
  • İmtahana kifayət qədər hazırlıq etməmək
  • Genetik olaraq narahatlıq və stressə meyllilik

İmtahan Narahatlığının Simptomları

İmtahan narahatlığı müxtəlif simptomlarla özünü göstərə bilər, bu simptomlar imtahandan əvvəl, imtahan zamanı və sonra ortaya çıxa bilər. Bu simptomların intensivliyi və tezliyi insandan insana və vəziyyətdən vəziyyətə dəyişə bilər.

Emosional Simptomlar

  • Gərginlik, narahatlıq və yüklənmə hissi
  • Panika və qorxu
  • Çarəsizlik, inamsızlıq və dəyərsizlik hissi
  • Utanc və günahkarlıq hissi

Fiziki Simptomlar

  • Ürək döyüntüsünün artması
  • Əzələlərin gərginliyi
  • Ürəkbulanma və həzm problemləri
  • Həddindən artıq tərləmə
  • Nəfəs almaqda çətinlik və ya sinədə sıxılma hissi
  • İştahta dəyişiklik
  • Ağız quruluğu
  • Başgicəllənmə
  • Yuxu pozuntuları

Zehni Simptomlar

  • Diqqət və konsentrasiyada pozulma
  • Əsas məlumatları xatırlamaqda çətinlik
  • Fikirləri təşkil etməkdə çətinlik
  • Mənfi düşüncələrlə çox məşğul olmaq

Davranış Simptomları

  • İmtahandan erkən çıxmaq və ya dərs oxumağı dayandırmaq kimi qaçma davranışları
  • Prokrastinasiya və ya imtahana girməmək kimi qaçınma davranışları
  • Narahatlığı azaltmaq ümidi ilə imtahan gecəsi dərs oxumaq
  • Həyəcanlı hərəkətlər (məsələn, ayaqları sallamaq)
  • Stresi azaltmaq üçün alkoqol və ya digər maddələrdən istifadə etmək
  • İmtahanla bağlı xatırladıcılardan qaçmaq

İmtahandan Əvvəl Stressi Azaltma Yolları

  • Müəyyən miqdarda narahatlıq və stressin normal olduğunu qəbul edin.
  • Özünüz üçün sərhədlər təyin edin. Mənfi və ya narahatlıq doğuran düşüncələriniz olduğunu gördükdə özünüzə “DAYAN” deyin, dərindən nəfəs alın və diqqətinizi ətrafınızdakı yeni bir şeyə yönəldin.
  • Keçmişdəki mənfi imtahan təcrübələrindən qaçın və indiki vaxtı ən yaxşı şəkildə idarə etməyə fokuslanın. Çünki keçmişi deyil, indiki vaxtı idarə edə bilərik.
  • Eyni prosesi yaşayan insanlarla danışmaq bəzi insanlara kömək edə bilər, lakin bəzilərinə narahatlıq doğuran mövzunu xatırlatdığı və narahatlığı daha da artırdığı üçün pis hiss etdirə bilər. Bu səbəbdən, özünüzə uyğun olan seçimi edin.
  • Dərin nəfəs alma məşqi, təhlükəsiz yer məşqi, meditasiya və təsəvvür kimi çətin emosiyalarla mübarizə aparmaq üçün ən çox istifadə edilən texnikalardan sizə yaxşı gələnini seçin.
  • Stressi artıran kofein tərkibli məhsullardan uzaq durun.
  • Düşüncələr emosiyaların müəyyənləşdirilməsində kritik rol oynayır. Buna görə də narahatlıq, stress, qorxu, çarəsizlik kimi mənfi emosiyaların olduğunu gördükdə buna səbəb olan düşüncəni müəyyənləşdirin və onu dəyişdirməyə çalışın. Məsələn, “Gələcəkdə xoşbəxt ola bilmək üçün bu imtahanı keçməliyəm. Yoxsa həyatım boyu bədbəxt olaram” kimi bir düşüncəniz varsa, bunun yerinə “İmtahanı keçmək məni xoşbəxt edəcək. Lakin xoşbəxt olmağımın yeganə şərti bu deyil. Məni xoşbəxt edən başqa bir çox şey olduğunu bilirəm. Buna görə də imtahandan istədiyim nəticəni əldə etməmək qalıcı bir bədbəxtlik gətirməyəcək.” şəklində yeni bir düşüncə yarada bilərsiniz.
  • Mükəmməlliyə can atan gözləntiləriniz olduğunu gördükdə “Təbiətdə heç bir şey mükəmməl deyil. Mükəmməllik deyə bir şey yoxdursa, niyə özümə mümkünsüzü istəyim ki? Əlimdən gələnin ən yaxşısını etməyə çalışım və bu kifayətdir.” şəklində bir cavab verə bilərsiniz.

İmtahandan Sonra Ailələr Uşaqlarına Necə Dəstək Olmalıdır?

  • İmtahandan sonra uşağınızı ilk gördüyünüz anda “İmtahan necə keçdi?” və ya “Bacardınmı?” kimi suallardan çəkinin. Əvəzində “Əhsən”, kürəyinə vurmaq və ya qucaqlamaq daha yaxşı olacaq.
  • Uşağınız imtahan haqqında danışanda onu diqqətlə dinləyin və əgər tez-tez özünü tənqid etdiyini görsəniz, onu dayandırıb “Özünə haqsızlıq edirsən. İndi imtahandan yeni çıxdığın üçün belə düşünürsən. Özünə vaxt ver. Bir neçə saatdan sonra yenidən qiymətləndirərsən. Nə olursa olsun, səninlə fəxr edirəm.” kimi sözlər deməyə diqqət edin.
  • Uşağınızı digər tələbələrlə müqayisə etməyin və digər tələbələrin imtahan nəticələri haqqında suallar verməyin.
  • “Universiteti sən qazanmasan, kim qazanacaq?” və ya “Mənim övladım hər şeyi bacarır.” kimi böyük sözlərdən çəkinin. Bu cümlələr uşağı yalnız təzyiq altında hiss etdirir və imtahan stressini artırır.
  • İmtahandan sonra uşağınızı onun sevdiyi bir yerə aparın və seçimi ona buraxın.
  • Qohumlardan və ətrafdan gələn zəngləri özünüz cavablandırın, uşağınıza istirahət etməsi üçün yer verin.
  • İmtahan nəticəsindən asılı olmayaraq, bütün il ərzində göstərdiyi səy üçün onu mükafatlandırın. Bu şəkildə nəticənin deyil, prosesin vacib olduğunu xatırlayacaq.

İmtahan stressini anlamaq və bu strategiyaları tətbiq etmək stressin öhdəsindən gəlməyə, nəticələri yaxşılaşdırmağa və imtahanlara daha sağlam yanaşmağa kömək edəcək.

Əlaqəli məqalələr

Back to top button