Klinikalar

“Yeni Klinika”da ilk dəfə açıq ürək əməliyyatı icra olunub  

“Yeni klinika” tibb müəssisəsində ilk dəfə olaraq icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində aorta koranar şuntlama (AKŞ əməliyyatı) icra olunub.

Klinikadan Aztibb.az-a verilən məlumata görə, tibb müəssisəsinə müraciət edən 1952-ci il təvəllüdlü Rəşid Məmmədovun (xəstənin razılığı ilə məlumatlar təqdim edilir) angioqrafiya müayinəsi olunduqdan sonra ürək damarlarında ciddi tıxanıqlıq (LMCA-80%,LAD-98%,RCA-100%,CXOM1-70%) müşahidə edilib.

Müayinədən dərhal sonra ürəyin yığılma gücü EF-30-35% olan xəstənin əməliyyata alınmasına qərar verilib.

Açıq ürək əməliyyatına alınan xəstəyə ürək-damar cərrahları, uzman həkimlər Nicat Süleymanov və Nihad Süleymanzadə və komandası tərəfindən aorta koranar şuntlama əməliyyatı icra olunub.

Uğurla həyata keçirilən AKŞ əməliyyatından sonra xəstənin ürəyində olan problem aradan qaldırılıb.

Qeyd edək ki, 6 iyun 2022-ci il tarixindən etibarən icbari tibbi sığorta sisteminin tətbiq olunduğu “Yeni klinika”da aorta koranar şuntlama (AKŞ əməliyyatı) ilk dəfə olaraq həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button