XəstəliklərHəkimlər

Xərçənglə mübarizədə İNQİLAB! Türklər peyvəndi tapdı

“Biontech” biotexnologiya şirkəti yeni xəbərlə mətbuatın qarşısına çıxıb.Onlar hazırladıqları xərçəng peyvəndindən ümidverici nəticələr əldə edildiyini bildirib. Peyvəndin xəstələrin yarısından çoxunda şişləri ən azı 30% kiçiltdiyi açıqlanıb. Sağlıq.az xəbər verir ki, onlar bu haqda İspaniyanın paytaxtı Madriddə keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin (ESMO) Konqresində məlumat veriblər. Biotexnologiya şirkəti “Biontech”in qurucuları Uğur Şahin və Özlem Türeci 15 ildir üzərində çalışdıqları xərçəng peyvəndinin ilk nəticələrinin ümidverici olduğunu açıqlayıblar.

Xərçəng peyvəndi CARVac-dan əldə edilən ilk nəticələrdə peyvəndin şişlərin böyüməsini dayandıra biləcəyi və hətta onları kiçildə biləcəyi müşahidə edilib. Peyvəndin 44 xəstəyə 4 dozada tətbiq edildiyi və xəstələrin 59%ində şişlərin ən azı 30% azaldığı bildirilir. Şirkət xəstələrin 95%ində peyvənddən sonra xərçəngin stabilləşdiyini və böyüməsinin dayandığını açıqlayıb.

Peyvəndin tətbiqi zamanı 23 nəfərdə dozadan asılı olaraq iltihab reaksiyalarında artım müşahidə olunub, xəstələrdə təzyiqin düşməsi və hərarətin yüksəlməsi kimi yan təsirlər müşahidə edilib. “Biontech” 2030-cu ilə qədər təxminən 10 min xərçəng xəstəsini müalicə etməyi hədəfləyir.

Sağlıq olsun!

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button