DigərKlinikalar

TƏBİB vakant yerlər elan edir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) aşağıdakı vəzifələr üzrə vakant yerlər elan edir.

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, Respublika Klinik Xəstəxanasında olan mövcud vakant vəzifələr aşağıdaklardır:

• Həkim-diyetoloq;

• Həkim-psixiatr;

• Həkim-travmatoloq-ortoped;

• Həkim-neyrocərrah;

• Şüa diaqnostikası üzrə həkim.

Namizəd üçün tələblər:

• Qeyd olunan hər bir ixtisas üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.

Əməkhaqqı:

• Əməkhaqqı TƏBIB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Müraciət qaydası:

• CV və aşağıda qeyd olunan sənədlərin nüsxələrini vacancy@tabib.gov.az ünvanına mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını qeyd edərək göndərə bilərsiniz.

Tələb olunan sənədlər:

• Şəxsiyyəti təsdiq edən sənədin surəti;

• Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);

• Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);

• Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla).

Son müraciət tarixi: 29.09.2023

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.

Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button