Həkimlər

Tarixdə ilk qadın həkim – O, niyə kişi paltarı geyinirdi?

Qədim Yunanıstan’da qadınların tibb öyrənməsinə icazə verilmirdi. Eramızdan əvvəl 300-cü ildə anadan olan Agnodice saçını kəsir və kişi geyimində tibb məktəbinə daxil olur.

Tibbi təhsili başa vurduqdan sonra Afina küçələrində gəzərkən doğum sancısından əziyyət çəkən bir qadının qışqırıqlarını eşidir. Ancaq ağrıdan qıvrılan qadın Agnodice’nin kişi olduğunu düşündüyü üçün ona toxunmasını istəmir .

Agnodice, heç kim görmədən paltarını çıxarır və bir qadın olduğunu sübut edərək dağuşu həyata keçirir.

Bu hadisə qadınlar arasında yayılır və bütün xəstə qadınlar Agnodice’nin yanına getməyə başlayirlar.

Buna həsəd aparan kişi həkimlər kişi hesab etdikləri Agnodice’i qadın xəstələrini aldatmaqda günahlandırdılar.

Bu ittihamla məhkəməyə gətirilən Aqnodice edam cəzasına məhkum edilir.

Sonra həyatını xilas etmək üçün kişi deyil, qadın olduğunu deyir. Bu dəfədə tibbdə qadın olaraq oxuduğuna və həkim işlədiyinə görə ölüm hökmünə məhkum edilir.

Bütün qadınlar, xüsusən edam hökmü çıxaran hakimlərin həyat yoldaşları ayağa qalxırlar.

Bəziləri, Agnodice öldürülərsə, onunla birlikdə ölümə gedəcəklərini deyir. Arvadlarının və digər qadınların təzyiqinə dözə bilməyən hakimlər, Agnodice’nin cəzasını ləğv edirlər və bundan sonra yalnız qadınlara baxmaq şərtiylə həkimlik etməsinə və qadınlarında həkim olmalarına icazə verilir.

Beləliklə, Agnodice tarixdə ilk qadın həkim və ginekoloq olaraq tarixə keçir

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button