DigərHəkim məsləhətiHəkimlər

Super arıqlama üsulu -3 günə

Məşhur argentinalı həkim və alim Serxio Qonsales deyir: “Qəti inanıram ki, insan üçün 120 il yaşamaq heç də ağlasığmaz iş deyil. Götür-qoy edilmiş və idarə olunan aclıqla buna nail olmaq olar.”

Alimin fikrinə görə, qocalmanın əsas səbəbi şlakların təsirindən əmələ gəlir və onları bədəndən xaric etmək canlı maşının profilaktikası kimi çıxış edir. Sağlıq.az bildirir ki, həkim hər ayın 1ci, 2ci və 3cü günləri, üç aydan bir – 1 həftə ərzində, ildə isə 2 dəfə aclıq etməyi lazım bilir.

Doktor Qonsales məsləhət edir ki, bu aclığı edəndə suda yayılmış xüsusi antistres preparatından başqa heç nə qəbul edilməsin. Alimin sözlərinə görə, bu metodla onun xəstələri aterosklerozdan, hipertoniyadan və bəzi mədə-bağırsağ xəstəliklərindən özlərini qurtarmışdılar.

Aclıq metodikası ilə tanış olmayan şəxslərə o, 3 gündən çox aclıq etmək məsləhət görmür.

Antistres preparatın resepti belədir-İnsanın hər 1 kiloqram çəkisinə 0,01q yeyinti limon turşusu, 0.01 ml nanə həlimi, 2 q bal və 3ml su götürüb ayırırlar.

Misal üçün, əgər çəkiniz 80 kiloqramdırsa, və siz üçgünlük aclıq tutursunuz, onda 0,8 q limon turşusu, 0,8 ml nanə həlimi, 160 q balı ve 240 ml suyu qarışdırıb və məhlulu üç yerə bölüb, gündə 1 dəfə qəbul edirsiniz.

Sağlıq olsun!

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button