
Evi isti saxlamağın Ən ucuz üsulları
Son illərdə təbii qazın qiyməti bir neçə dəfə artdığı üçün qışda evlərimizi isitmək bizə daha baha başa gələcək. Qış yaxınlaşmaqdaykən evinizin izolyasiyasını sadə, tez və sərfəli şəkildə necə yaxşılaşdıra biləcəyinizi araşdırdıq.
1. Alüminium folqa
Radiatorlarda, xüsusən də divar dibində quraşdırılmış olanlarda istilik itkisinin qarşısını almağın ən sadə yollarından biri onların arxasına alüminium folqa yapışdırmaqdır.
Sagliq.az məlumat verir ki, həmin material istiliyi otağa tərəf əks etdirir.
Bunun üçün xüsusi olaraq istehsal olunan folqa da var.
Lakin keyfiyyətli mətbəx folqasından da istifadə edə bilərsiniz, ancaq xüsusi folqalar daha yaxşı nəticə göstərir.
2. Qalın pərdələr
Pəncərələrdə istilik itkisinin qarşısını almağın bir üsulu qalın pərdələrdən istifadə etməkdir. İstilik izolyasiyası olan pərdələrdən istifadə etməyi məsləhətdir.
Yeni pərdəyə pul xərcləmək istəməyənlər köhnələrin arxasına parça, hətta duş pərdəsi tikərək onları qalınlaşdıra bilər.
Evin çöl qapısının arxasını qalınlaşdırmaq da eyni effekti verir.
Nənələrimiz həmişə qapıdan köhnə bir kilim asardı, xatırlayırsınız?
3. Açıq pərdələr
Günəşli günlərdə pərdələri açmaq da onların qalın olması qədər vacib məsələdir. Bu, günəşin təbii və pulsuz istisindən mümkün qədər çox faydalanmaq imkanı verir.
İstilik itkisinin qarşısını almaq üçün günəş batan kimi pərdələri örtmək lazımdır.
4. İkiqat şüşəli pəncərə və alternativlər
İkiqat şüşəli pəncərələr izolyasiya baxımından effektli olsa da, onların quraşdırılması əlavə xərc tətəb edir.
Bunu etmək istəmirsinizsə, daha uyğun alternativlər var.
Təkqatlı pəncərələrə izolyasiya lenti çəkməyi tövsiyə edirik.
Onu arxasına yapışqan çəkib saçqurutma feni vasitəsilə yapışdırırlar.
Bu üsulun bir mənfi cəhəti var: pəncərəni açmaq üçün tez -tez lenti çıxarmaq lazım gəlir. Əlverişlili tərəfisə odur ki, hər il yeniləmək və ya heç açılmayan pəncərələrə vurmaq olur.
Pəncərələrinizin kənarlarında boşluqlar varsa, onları köpük və ya yapışqan süngərlə də qapada bilərsiniz.
5. Baca şarları
Evinizdə kamin varsa, bacasında istilik itkisi olacağını unutmayın. Potterin sözlərinə görə, insanların çoxu kaminlərdən qızdırıcı kimi yox, dekorasiya məqsədilə istifadə edir və bu halda bacanın içinə şar yerləşdirməklə istilik itkisinin qarşısını almaq mümkündür.
Amma kamini yandırmaq istəyəndə şarı çıxarmağı unutmayın.
6. Kiçik dəliklərin böyük təsiri
Evinizin qapısında məktublar üçün dəlik və ya ev heyvanlarının girib-çıxması üçün yer varsa, bunlar gözlədiyinizdən daha çox istilik itkisinə səbəb ola bilər.
Bu dəlikləri yun materiallarla örtərək izolyasiyanı yaxşılaşdıra bilərsiz.
7. Qapıların altı
Qapıların altını qapatmaq üçün adi süngərlərlə yanaşı, dekorativ əşyalardan da istifadə etmək olur.
Yaşlı nəsillərdən öyrənə biləcəyimiz daha bir şey çöl qapısının alt hissəsiylə döşəmə arasındakı boşluğu sadə materiallarla qapatmaqlarıdır.
Bunun üçün qapı altı üçün olan izolyasiya süngəri ala bilərsiniz, ya da uşaq kalqotkalarının içini parça və ya corabla doldurub içəri tərəfdən qapıya söykəyə bilərsiz.
8. Radiatorların təmizliyi
Radiatoru təmizləmək istilik keçiriciliyini yaxşılaşdırır.
Onların qarşısına böyük əşyalar qoymamaq da istiliyin otaqda daha səmərəli yayılmasına imkan verir.
9. Radiatorun üstündəki rəf
Radiatorun yuxarısına rəf vurmaq istiliyin daha yaxşı paylanmasına kömək edir. Ancaq cihazın üstünə heç bir şey qoymaq olmaz.
Bundan başqa, radiator pəncərənin altında olan hallarda pərdəni çəkmək məsləhət görülmür, çünki bu, isti havann pərdəylə pəncərə arasında qalmasına səbəb olur.
Belə hallarda rəflər daha böyük əhəmiyyət daşıyır.
10. İstifadə olunmayan otaqlar
Evinizdə istifadə olunmayan otaq varsa, radiatorunu söndürüb qapısını örtülü saxlayın. Bu, soyuq havanın digər otaqlara yayılmasını əngəlləyər.
11.Döşəmənin izolyasiyası
Döşəməyə bir şey salmaq evin istilik izolyasiyasını artırır. İngiltərədəki Milli Enerji Dərnəyinin (NEF) məlumatına görə, istilik itkisinin təqribən 10%-i döşəmələrin payına düşür.
Taxta döşəmə bu məsələdə digərlərindən daha effektli olsa da, istilik itkisinin qarşısını tam almır.
Yerə xalça və ya kilim salmaq izolyasiyanı artırar və ayaqlarınızı daha isti saxlayar.
Bunun bəzən sadəcə psixoloji təsir də kifayət edir.
12. Damın izolyasiyası
Evin izolyasiyasını peşəkar bir komandaya həvalə etmək baha başa gələr. Ən azı damınızı özünüz izolə edə bilərsiniz.
Damın içi üçün izolyasiya yununu tövsiyə edirik və qiymət baxımından bu məhsul daha əlverişlidir.
Nəm əmələ gəlməsin deyə damın kənarlarında boşluqlar buraxmaq lazımdır.
Bu işi özünüz görəcəksizsə, maska, eynək və qoruyucu vasitələrdən də istifadə etməyi unutmayın.
13. Çardaq qapağı
Çox vaxt insanlar çardaq qapağını izolyasiya etməyi unudurlar. Bu detalı da pəncərələrdə istifadə etdiyiniz yapışqan süngər vasitəsilə izolyasiya edə bilərsiniz.
Damın kirəmitlərində və ya hər hansı başqa örtüyündə qırıqlar olmamasına diqqət edin.
14. İsitmə vaxtı
Yaşlılarla bağlı araşdırmalar aparan “Age UK” (İngiltərə) qeyri-hökumət təşkilatı evi yüksək temperaturda tez qızdırmaqdansa, aşağı temperaturda yavaş qızdırmağın daha səmərəli olduğunu açıqlayıb.
İstilik mənbəyini gün boyu işlək saxlamağın daha səmərəli olması şəhər əfsanəsidir.
Evinizi elektrik enerjisi ilə qızdırırsınızsa və tariflər saata görə dəyişirsə, istilik cihazınızdan bu enerjinin ən baha olduğu saatlarda istifadə etməməyiniz faydalı olar.
Sağlıq olsun!