Xalq təbabəti

Sonsuzluğun “ata-baba” üsuluyla müalicəsi

Qadın və kişi sonsuzluğunun otlarla müalicəsi

Lap qədim dövrlərdən nənə – babalarımız sonsuzluğun müalicəsində təbii ot və bitkilərdən istifadə etmişlər.Qəribə gəlsədə, bu cür təbii yollarla müalicə çox zaman yüksək nəticələr vermiş, çox az hallarda isə nəticəsiz qalmışdır.

QEYD – Əlbəttə ki, otlarla müalicəyə başlamazdan əvvəl həkiminizlə mütləq şəkildə məsləhətləşin.Çünki, hansı ota orqanizm necə reaksiya verəcəyini bilmirsiniz.

Beləliklə, sonsuzluğu əvvəllər böyüklərimiz necə müalicə edirdilər ?

Heyva şirəsi – mütləq şəkildə təzə sıxılmış şəkildə olmalıdır.Qəbul qaydası: hər gecə 1 xörək qaşığı qədər

Bağayarpağı toxumu – bu üsulla həm qadın, həm kişi sonsuzluğu müalicə olunur.Bu cür müalicə üsulu uşaqlıq yolunun iltihabı və spermatazoidlərin ləng hərəkəti zamanı çox təsirlidir.Qarışımı hazırlamaq üçün 1 stəkan qaynar suya 1 xörək qaşığı toxum əlavə olunur.Qarışımı 3 – 5 dəqiqə qaynatdıqdan sonra qaranlıq otaqda saxlayın.Gün ərzində 4 dəfə 2 xörək qaşığı qədər qəbul edin.Bu bitki ilə müalicə müddəti payızdan mart ayına kimi məsləhət edilir.

Adaçayı toxumu – bu bitki “müqəddəs” bitki adlanır. Bitki həm gələcək analar, həm atalar üçün faydalı olacaq. Müalicənin təsirini lipo əlavə etməklə daha da gücləndirmək olar.Qarışımı hazırlamaq üsulu isə belədir : 1 stəkan qaynar suya 1çay qaşığı toxum əlavə olunur, saxlanılır və soyudulur. Yatmazdan əvvəl və səhər ac qarına qəbul edilir.

Mumiya – bu vasitə hər iki valideyn üçün çox faydalıdır, xüsusilə də atalar üçün.Qəbul şəkli: gün ərzində iki dəfə ac qarına, müalicə kursu isə 25 – 28 gün.0,3 q. Ac qarına qaragilə, yerkökü yaxud da çaytikanı şirəsinə qatılmaqla içilir.

Sağlıq olsun!

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button