
Siqaret satışı dayandırılacaq… bəs elektron siqaret ?
Bu yaxınlarda İngiltərə parlamentində maraqlı mövzu müzakirəyə qoyulub. Sağlıq.az xəbər verir ki, İngiltərə baş naziri Sunak çıxışında gənclərə siqaret satışının qadağan edilməsi ilə bağlı qanunun İngiltərə parlamentində səsverməyə çıxarılacağını qeyd edərək, siqaret almaq yaşının hər il bir il artırılacağını bildirib:”Gənc nəsil “siqaretsiz” böyüyə bilər. Bu qanun bu gün 14 yaşlı bir uşağa siqaret satılmayacağı və gənc nəsillərin siqaretsiz böyüyə biləcəyi anlamındadır”.
Rişi Sunak Britaniya parlamentində bu məsələ ilə bağlı səsvermənin “sərbəst səsvermə” olacağını vurğulayıb.
Nazir elektron siqaretlərin istifadəsi ilə bağlı da açıqlamalar verib: “Uşaqlarımızın ləzzətlərə, qablaşdırma ekranlarına və birdəfəlik elektron siqaretlərə baxaraq elektron siqaretə çıxışını məhdudlaşdırmaq üçün tədbirlər görəcəyik. “
Sağlıq olsun!