
Bunları səhər yemək olmazmış
Uşaqlıqdan bilirik ki, səhər yeməyi qidalanmanın əsasını təşkil edir. Bu həqiqətən belədir. Amma səhərlər nə yeyib ,nə yeməmək ciddi məsələdir. Bəzi qidalar var ki,onları səhər yemək nəinki fayda verməyəcək, əksinə gün ərzində bütün enerjinizi alacaq.
İndi isə görək nələri səhərlər yemək olmaz:
1.Kolbasa-çörək
Bu səhər yeməyi ən pis variantlardan biridir. Orqanizmi yüksək miqdarda yağ və kalori ilə təmin edir.Əgər siz səhərlər belə yeməyə vərdiş etmisizsə bu vərdişi tədricən dəyişməyə cəhd edin. Məsələn ağ çorək əvəzinə qara çörək,kolbasa əvəzinə holland pendiri və s. seçin.
Ümumdünya Səhiyyə Təşkilatının son beş illik hesabatlarından birində maraqlı təcrubə dərc olunub. Emal olunmuş ətlər ilə siqaretin orqanizmə vurduğu zərər müqayisə olunub. Müqayisədə səhər yeyilən emal olunmuş ətlərin (kolbasa,sosiska,pisə verilmiş ət məhsulları və s.) orqanizmə daha çox zərər vurduğu göstərilir. Hesabatda emal olunmuş ətlərin mədə-bağırsaq xərçəngi riskini dəfələrlə artırdığı xəbərdarlığı edilib.
Əgər siz psoriaz, ekzema kimi dəri xəstəliklərinə tutulmaq istəmirsinizsə səhər yeməyində bu qidadan uzaq durun.
2. Narıngi
Ac qarına narıngi yemək və ya şirəsini içmək qastrit və mədə xorası xəstəliyi yaradır. Həmçinin allergiyaya da səbəb ola bilər.
3. Banan
Babanı acqarına yemək ürək-damar xəstəliklərinin əmələ gəlmə riskini dəfələrlə artırır. Çünki tərkibində çox miqdarda maqnezium var. Ac qarına banan yedikdə bu orqanizmin kalsium maqnezim balansını pozur və bu da ürək damar xəstəliklərinə gətirib çıxardır.
4. Çiy tərəvəz
Xiyar, kələm, bibər kimi tərəvəzlər ac qarına yeyilərkən tərkibindəki turşuluq səbəbindən mədənizi narahar edə bilər.
5. Soyuq içkilər
Belə içkilər səhərlər
mədədə həzm prosesini çətinləşdirir. Çalışın səhərlər isti nəsə içəsiz, məsələn, çay.
6. Şirniyyat
Yuxudan durduqdan sonra hələ bir müddət lazımdır ki, mədəaltı vəz fəaliyyətə başlasın. Bildiyimiz kimi mədəaltı vəz xususi insulin ifraz edir ki ,qandakı şəkər parçalansın. Ona görə də mədəaltı vəz fəaliyyət başlamamış qəbul edilən şəkər birbaşa qana keçib qandakı şəkəri artıraraq diabet riski yaradır. Həmçinin şirniyyat turşu yaratmaq qabiliyyəti ilə mədənin qələvi balansını pozur.
7. Qəhvə
Səhərlər acqarına kofe içməyi sevənlər bu vərdişlərini dəyişsələr yaxşıdır. Kofe mədəni selikli qişasını qıcıqlandırır. Bu isə mədə şirəsinin normadan artıq ifrazına səbəb olur.
(Mənbə:”demədi demə” youtube kanalı)
Sağlıq olsun!