
Qanda şəkər miqdarını azaldan qidalar – SİYAHI
Şirə(sok) ilə müalicəyə dair hədsiz sayda məlumata malik olan amerikalı həkim Oygen Xoyn o qənaətə gəlib ki, üzüm, soğan, limon, portağal, kərəviz, gicitkən, kahi kimi bitkilər qanın şəkər miqdarını azaldan və sabitləşdirən xüsusi maddələr daşıyırlar.
Xalq təbabətində şəkər xəstəliyinin müalicə üsullarını sağlıq.az sizə təqdim edir.
Diabetin kəskinləşməsi zamanı 2-3 gün ərzində tutulan aclıq qanda olan şəkərin miqdarını gözə çarpan şəkildə azaldır. Belə nəticəyə qanda normal 14%-dan artıq olan şəkər miqdarının sidiklə bir yerdə xaric olunmasıyla nail olunur.iabet xəstəliyinə düçar olmuş insanlara şəkər qadağandır. Onlara bədr və Ayın on birinci günü zamanı tamam ya qismən (şam yeməyindən imtina edərək) aclıq etməyi məsləhət görürlər. Diabet xəstələrə ən təsirli dərman kimi aşağıdakılarılar göstərilir:
qoz, nar şirəsi, üyüdülmüş palid qozaları, lobya qınları, may ayında yığılmış ot bitkiləri. Çiy palıd qozalarını zəhərli olduğuna görə mütləq qəbuldan qabaq qızartmaq lazımdır.
Limon ağacın təzə dərilmiş yarpaqları, meyvəsinin qabığından hazırlanmış həlim və ümumiyyətlə limon şirəsi və təzə limonlar da şəkər xəstəliyə öz faydalı təsiri ilə məlumdurlar. Həlimi belə hazırlayırlar: Limon qabığının 2 xörək qaşığı miqdarında 2 stakan suda bağlı qabda 30 dəqiqə qaynadırlar. Sonra odu söndürürler və 10 dəqiqə ərzində saxlayıb süzürlər.
Qəbul qaydası
yeməkdən əvvəl gündə 3 dəfə yarım stəkan.