
Qənirə Paşayeva niyə bu hala düşdüyündən danışdı
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, sentyabr ayının 23-ü millət vəkili Paşayeva Qənirə Ələsgər qızı septiki şok vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın müalicəsi Fond tərəfindən nəzarətə götürülüb. Fondun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətindən yüksək ixtisaslı reanimatoloq həkim dəvət olunub. Həmin mütəxəssis həkim tərəfindən xəstə dəyərləndirilib və lazımi məsləhətlər verilib.
Qeyd edək ki, millət Qənirə xanım müsahibələrinin birində sağlamlığıyla bağlı bu ifadələri səsləndirmişdi:
“Sadəcə həyatımı dəyişdim. Uşaqlıqdan gəncliyimə qədər çox arıq idim və idmanla məşğul olurdum. Böyük tennis və həndbolla məşğul idim. Həyatımın bir dövründə idmanla məşğul ola bilmədim və çəkim artdı. Səhərlər işə tələsdiyimdən yemək yemirdim, günorta yemirdim, axşamlar çox ac olurdum və xeyli yemək yeyirdim. Bu rejim məni kökəltdi. Film çəkilişləri ilə bağlı Amerikada bir müddət qalanda “fast food”la qidalandım. Çəkim getdikcə artdı və mən yeməkdən imtina etmək istədim. Bu mənə çox mənfi təsir elədi. Yemək yemədən dieta saxlayan gənc qızlara demək istəyirəm ki, bu fikirdən uzaq olsunlar. Dietanın ən yaxşı yolu idman və düzgün qidalanmadır. Mən dieta saxlayan zaman axşam yeməyindən ağır yeməkləri çıxartdım və öz çəkimi normal hala saldım”.
Sağlıq olsun!