
Orqanizmin dostu SİNK
Sink orqanizmizə lazım olan ən vacib elementlərdəndir. Sağlıq.az bildirir ki, sinir pozğunluqları, qıcolmalar, paranoya, skleroz, kəskin psixozlar, depressiya zamanı həkimlər tərəfindən sink qəbulu məsləhət bilinir.
Bundan əlavə, sink beyin fəaliyyəti üçün vacibdir. İstənilən dəri xəstəliklərində, allergiyalarda, ekzemalarda, səpgilərdə, dərinin kollageninin elastikliyini saxlayaraq qocalmanın qarşısını alır, saç və dırnaqları yaxşı vəziyyətdə saxlayır. Qadınlar və kişilərdə sonsuzluğu müalicə edir və qadınlarda yumurtalıq disfunksiyasını bərpa edir.
Prostat vəzinin adenoması zamanı 35 yaşdan sonra, hətta xəstəlik inkişaf etdikdə belə məsləhət görülür.
İmmunitetin yüksək səviyyədə olmasını təmin edir. Qrip və qrip xəstəliyin ilkin mərhələsində sink qəbul edilərsə, fəsadsız keçər.
İstənilən xroniki xoralar, o cümlədən mədə və onikibarmaq bağırsaq xorası və şəkərli diabet zamanı olduqca faydalıdır.
Klimaks zamanı ağrıları azaldır.
Kompüterlə çox işlədiyiniz zaman yorğunluğu aradan qaldırır. Saç tökülməsinin qarşısını alır və qalınlaşdırır.
Sağlıq olsun!