DigərHəkim məsləhəti

Onlara qəti toxunmayın!

Milium, bütün yaş qrupu insanlarda görünə biləcək ümumi dəri qüsurudur. Adətən milium göz ətrafında, yanaqlarda və boyunda yaranır.
Formalarının ölçüsü 2-3 mm-dən çox deyil və tək və ya çox ola bilərlər.
Sağlıq.az məlumat verir ki, milium kistlərinin görünməsinin əsas səbəbi dəridə piy istehsalının pozulması və epidermisin ölü hüceyrələrinin aşınmasıdır.
Müalicə yalnız peşəkar həkimlər tərəfindən aparılmalıdır. Bəzi xəstələr kistdəki hər hansı bir mexaniki təzyiqin onun yırtığını təhrik edə biləcəyini nəzərə almadan evdə ağ başları sıxmağa çalışırlar.
Miliumlar cildin ilkin və sonrakı antiseptik müalicəsi ilə mexaniki olaraq çıxarılır (steril iynə və küretaj istifadə olunur). Belə bir prosedurdan sonra qalan kiçik yaralar, öz-özünə iz qoymadan sağalır. Hazırda bu problemin aradan qaldırılması üçün müxtəlif müasir üsullar tətbiq olunur – lazer, radio dalğa metodu və ya elektrokoaqulyasiya və s.Kosmetik vasitələrin köməyilə miliumlardan azad olmaq mümkün deyil. Onları özbaşına sıxmaq qəti qadağandır, çünki belə hallar tük follikulu və piy vəzisinin zədələnməsinə, zivcənin ölçüsünün artmasına və ya infeksiyanın qoşulmasına, kobud çapığın yaranmasına səbəb olur.
Sağlıq olsun!

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button