Həkim məsləhəti

Oğlan dünyaya gətirmək üçün sadə üsul: 1 litr su və…

Oğlan uşağına hamilə qalmaq üçün nə etmək olar?

Alimlər, oğlana hamilə qalmaq sualını düşünərkən bir sıra tədqiqatlar keçirir. Sağlıq.az onların nəticəsində ortaya çıxan bəzi məqamları təqdim edir:

• Siqaret çəkən valideynlərin oğlan uşaqları daha nadir hallarda dünyaya gəlir.

•  54 kiloqramdan az olan qadınlar, bir qayda olaraq, qız uşaqlarını dünyaya gətirirlər. Deməli, oğul övladına hamilə qalmaq üçün kökəlmək məsləhətdir.

• O ailədə ki, lider mövqe ataya məxsusdur daha çox oğul övladları doğulur. Hesab edilir ki, bu ərin hormonal fonu ilə bağlıdır.

• Bundan başqa, əgər ata anadan yaşca böyükdürsə, onda ilk uşağın oğul övladı olacağına daha çox şans vardır. Gənc ər-arvadda da bu ehtimal böyükdür.

• Oğlan uşağına hamilə qalmaq üçün sakit olmağı öyrənmək lazımdır, çünki qeyd edilmişdir ki, stres vəziyyətlərində daha çox qız uşaqları doğulurlar.

• Əgər valideynlər oğul övladını arzu edəcəklərsə, onda arzu həyata keçə bilər. Bu üsul psixoloji vizuallaşdırmaya əsaslanır. Həm də onlar öz oğul övladını bütün xırdalıqlarına kimi təsəvvür etməlidirlər.

Oğlan uşağına hamilə qalmağa kömək edən diyeta (pəhriz)

Oğlan uşağına hamilə qalmağın müxtəlif üsulları mövcuddur. Məsələn, son zamanlar xüsusi diyetadan geniş istifadə edilir ki, onun sayəsində oğul övladına hamilə qalmaq mümkündür. Bunun üçün aşağıdakı məhsullarla qidalanmaq lazımdır:

• ət və balığın istənilən növləri, kolbasa məmulatları;

• yumurtanın ağı;

• kofe, çay, meyvə şirələri, qazlı içkilər;

• düyü, manna yarması, biskvitlər, çörək, peçenye;

• göbələklər, kartof, mərci, qurudulmuş noxud, ağ paxla;

• xurma, qara gavalı, banan, portağal, gilas, ərik, şaftalı;

• qara şokolad;

• konservlər, duzlu yeməklər, maya.

Yuxarıda göstərilən məhsullara xüsusi əhəmiyyət vermək lazımdır ki, oğlan uşağının mayalanması baş versin. Bu diyeta kalsiumun miqdarının məhdudlaşdırılmasına əsaslandırılmışdır və bunun sayəsində oğul övladı dünyaya gələ bilər.

Xalq arasında sodalı su içmək də bu baxımdan faydalı sayılır. Deyilənə görə,  1litr suya 1 çay qaşığı soda qatışdırıb hamiləlikdən 1 ay əvvəl gündəlik içməyə başlasaz ,oğlan uşağı dünyaya gəlmək çoxdur.

Yuxarıda sadalanan bütün üsullar oğlan uşağının doğulacağına tam zəmanət verə bilməz. Lakin bütün şərtlərə riayət edilərsə, şansları artırmaq mümkündür.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button