Digər

Nazirlik məlumat yaydı: Axşam saatlarında…

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi maraqlı “Hər gün daha sağlam!” müsabiqəsini yenidən elan edir.
Sağlıq.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə çox gözlənilən sosial media müsabiqəsinə start verilir.

Nazirliyin facebook səhifəsində qaydalar belə izzah olunur:
“Qaydalarımız dəyişmədi:

  • bu ayın hər hansı bir günü axşam saatlarında rəsmi “Facebook” səhifəmizdə (fb.com/mysofficial) yarışın başlaması barədə elan paylaşılacaq;
  • həmin elan paylaşılan vaxtdan 1 saat ərzində izləyicilər mobil proqram və ya ağıllı saatlarında gün ərzində yandırılan kalorini göstərən qısa videonu çəkib şərh hissədə paylaşmalıdır (nümunə video şərhdə təqdim olunur);
  • şərhlər arasından ən çox kalori yandırmış iştirakçı çoxfunksiyalı ağıllı saat (smartwatch) hədiyyəsini qazanacaq!
    Qeyd edək ki, sağlam həyat tərzinin təbliği məqsədilə keçirilən müsabiqədə yaşından asılı olmayaraq hər kəs iştirak edə bilər. Feyk profillərdən qatılanların nəticələri qeydə alınmayacaq. Obyektivliyi qorumaq üçün elanın paylaşılacağı gün və saat məxfi saxlanılır.”

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Maraqlıdır
Close
Back to top button