DigərHəyat tərzi

Məşhur aktyor narkotik asılılığından vəfat etdi?

“Friends” serialının ulduzu Metyu Perri 55 yaşında vəfat edib.

Aktyorun cansız bədəni oktyabrın 28-də Kaliforniyadakı evində tapılıb. Mənbələrin məlumatına görə, aktyorun ürəyinin dayanması ilə bağlı təcili tibbi yardım xidmətinə zəng daxil olub.

Hadisə yerində narkotik tapılmayıb. Əvvəllər Perri açıq şəkildə etiraf edib ki, serial çəkilişləri zamanı narkotik asılılığından əziyyət çəkirmiş.

Qeyd edək ki, 15 yaşında olarkən Perri aktyorluq etmək üçün Ottavadan Los-Ancelesə köçür. Bir neçə seriallarda kiçik rollarda və qonaq aktyor kimi oynayır. Daha sonra, 1994-cü ildə ABŞ sitkomu “Dostlar” serialında oynamağa başlayır. Serial olduqca uğurlu alınır və aktyorların hər birinin şöhrətini artırır.

Allah rəhmət eləsin!

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button