Həkim məsləhətiXəstəliklər

Gel dırnaqlar xərçəngə səbəb olurmu? Ultrabənövşəyi cihazlar DNT-ni pozur!

Məşhur kosmetik prosedurlardan biri olan protez (gel) dırnaqlar böyük təhlükə yaradır. ABŞ alimləri müəyyən ediblər ki, protez dırnaqlar üçün istifadə edilən ultrabənövşəyi şüalarla işləyən dırnaq boyası quruducuları hüceyrə DNT-sini zədələyərək dəri xərçənginə səbəb olur:
“Tez-tez edilən prosedurlardan biri olan protez (gel) dırnaqlar dəri sağlamlığını ciddi təhlükə altında qoyur. Protez dırnaqları edərkən tətbiq olunan ultrabənövşəyi şüaları əks etdirən quruducu qurğu dərinin altındakı xərçəng hüceyrələrini oyada bilər”.
ULTRABƏNÖVŞƏYİ  ŞUALAR DƏRİ XƏRÇƏNGİ RİSKİNİ ARTIRIR
Sağlıq.az xəbər verir ki, ultrabənövşəyi şüalar insan hüceyrələrində DNT-ni zədələyə və xərçəngə səbəb ola bilər. Journal Nature Communications-da dərc edilən araşdırma, qurutma prosesində istifadə edilən ultrabənövşəyi şüaların dəri xərçəngi riskini artırdığını ortaya qoydu.


PROTEZ DIRNAQLARA GÖRƏ DƏRİ XƏRÇƏNGİNƏ TUTULAN MƏŞHUR MODEL
Tədqiqat yalnız UB şüaların səbəb olduğu dəri xərçəngi riskini rəqəmlərlə ifadə etmir. Protez (gel) dırnaqlara görə dəri xərçənginə tutulanlardan biri də məşhur model Karolina Jaskodur. Karolina Jasko dırnağında gördüyü ləkənin qaşınma olduğunu düşünərək yerindən götürür, lakin gördüklərinin xərçəng hüceyrəsi olduğunu öyrəndikdə dəhşətə gəlir. Müntəzəm olaraq protez dırnaq əməliyyatı ilə ultrabənövşəyi şüalara tez-tez məruz qalan məşhur model son ana qədər heç bir əlamət hiss etməyib. Dırnağındakı ləkədən sonra şişkinlik yaşayan Jasko, əslində dəri xərçənginin melanoma kimi tanınan alt növlərindən birinin olduğunu öyrəndi.
HÜCEYRƏLƏRİN ƏSAS BİR QİSMİ ÖLÜR VƏ YA MUTASİYA EDİR
ABŞ-ın San Dieqo Universitetinin tədqiqatçıları ultrabənövşəyi şüaların uzun müddət ərzində dəri xərçənginə səbəb ola biləcəyi barədə xəbərdarlıq edərək, laboratoriya testlərində 20 dəqiqəlik istifadədən sonra hüceyrələrin 30 faizinin öldüyünü müəyyən ediblər. Üç ardıcıl 20 dəqiqəlik seansdan sonra hüceyrə ölümünün 70 faizə çatdığı bildirilib.

PROSEDURADAN ƏVVƏL ƏLLƏRƏ MÜTLƏQ GÜNƏŞ KREMİ TƏTBİQ OLUNMALIDIR. Ultrabənövşəyi şüalara məruz qalan ölməyən hüceyrələr mutasiyaya uğraya bilər. Hüceyrə DNT-sində meydana gələn bu dəyişikliklərin dəri xərçəngində meydana gələn dəyişikliklərə çox oxşar olduğu vurğulanır. Mütəxəssislər, dırnaq lakı qurudandan istifadə etməzdən əvvəl əllərə qoruyucu faktoru ən az 30 olan günəş kreminin sürtülməsi lazım olduğunu bildirir.

Sağlıq olsun!

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button