
Bronxların effektiv müalicəsi
Bronxların silikli qişasında əmələ gələn iltihablanma prosesi olan bronxit adətən öskürək ilə müşayiət olunur.
Xəstəlik başlananda, öskürək qurudur. Xəstəliyin sonunda isə yaş və balğamlı olur.
Xroniki bronxit bir neçə səbəb üzündən əmələ gələ bilər. Məsələn, o ətraf mühitin pis ekoloji vəziyyəti ilə bağlı ola bilər. İstehsalatda bronxlara daimi zəhərli qazların təsirindən
ya da tütün çəkməkdən də bronxitlə xəstələnmək olar.
İnyfeksiya ilə bağlı və orqanizmin həddindən artıq soyuqlamasından əmələ gələn bronxit kəskin bronxitdir. Xalq təbabətinə məlum olan, xəstəliyin hər iki formasını müalicə edən vasitəni sagliq.az sizə təqdim edir.
İki baş sarımsaq və 5 limonu sürtgəcdə sürtüb üzərinə1 litr qaynadılmış su tökülür. Sonra 5 gün ərzində bağlı qabda sərin və işıqsız yerdə saxlanılır, süzülür və sıxılır. Qəbul üsulu: yeməkdən 20 dəqiqə qabaq, 1 xörək qaşığı miqdarında, gündə 2 dəfə
Sağlıq olsun!