
Aterosklerozun ev şəraitində dərmansız müalicə üsulları.Ürəyiniz sizə təşəkkür edəcək
Ateroskleroz – yağ və zülali maddə mübadiləsinin pozulması nəticəsində yaranan xəstəlikdir. Onun əsasında qan damarların ilıq yerinin daralması durur. Bu vəziyyət damarların iç səthində yağaoxşar maddələrin (xüsusilə xolesterinin) yığılması zəminində əmələ gəlir.
Profilaktik və müalicəvi vasitə kimi xalq təbibləri balın, sarımsağın və limon şirəsinin qarışığını qəbul etməyi məsləhət görürlər. Bu qarışığın hazırlanma üsulunu sagliq.az sizə bildirir:
Beş baş sarımsağı əzib sıyıq vəziyyətinə gətirirlər. Alınan mayeni 1 kq bal və 10 orta ölçülü limonun şirəsi ilə qarışdırırlar.
Qəbul üsulu: 4 çay qaşığı miqdarında gündə bir dəfə, tələsmədən ağızda soraraq.
Xırda qan damarların iç səthini bərkitmək və onların elastikliyini artırmaq üçün 1:2:0,5 nisbətində limon şirəsi, bal və günəbaxan yağından düzəldilmiş qarışığı qəbul etmək də məsləhət görülür. Bu «sağlamlıq eliksiri”ni gündə 2 xörək qaşığı miqdarında səhərlər ac qarına qəbul edirlər.
Gündə iki dəymiş qreypfrut meyvəsini yeyərək, siz özünüzün qan damarlarınızı bərkidə və qanın tərkibində olan xolesterinin səviyyəsini azalda bilərsiniz. Bu da ateroskleroza qarşı çox gözəl profilaktik tədbirdir. Hipertoniya ilə müşayiət olunan aterosklerozdan əziyyət çəkdikdə yeməkdən qabaq 250 q qreypfrut şirəsindən qəbul etməklə sağlamlığınıza böyük xidmət göstərə bilərsiniz.
Sağlıq olsun!